Natavandan Röya və Elnarə barədə AĞIR SÖZLƏR: "Hünərin varsa..." - VİDEO
02 mart 2020 09:35 (UTC +04:00)

Natavandan Röya və Elnarə barədə AĞIR SÖZLƏR: "Hünərin varsa..." - VİDEO

Müğənni Natavan Həbibi eks “W-trio” qrupunun üzvləri Xalq artisti Röya Ayxan və müğənni Elnarə Xəlilova ilə bir araya gəlmək niyyətində deyil. Lent.az-ın məlumatına görə, Natavan “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, Röya ilə münasibəti yaxşı deyil:

 

“Mən bir araya gəlmək istəmirəm. Bunu səmimi, açıq, sərbəst deyirəm. Hər kəsin işi özünə qalsın. Gedin duetinizi oxuyun. Məndən uzaq olun. Bir iş görürüksə, bir arada ola bilərik. Yoxdursa, məndən uzaq olun. Elnarə, şərikli iş olmur. Mən səni istəyərək deyirəm. Hünərin varsa, bunu edərsən. Mən sənin potensialına bələdəm. Çünki 2-ci, 3-cü nəfər alınmır. Elnarə ilə münasibətim normaldır. Röya ilə isə münasibətimin olmasını istəmirəm. Kimin mənlə problemi varsa, gəlsin araşdırsın. Hər kəs öz işiylə məşğul olsun, mənə toxunmasınlar”.

# 30122
avatar

Yalçın UĞUR

Oxşar yazılar